Azərbaycan Universiteti

Tarix: 1 Oktyabr 2009 | Müəllif: MaRtIwKa | Rəylər: 6
Azərbaycan Universiteti Respublikada 1991-ci ildə təsis olunan birinci özəl universitetdir.
Azərbaycan Universiteti


Fəaliyyət göstərdiyi müddət ərzində AU-nun bakalavr pilləsini 1539, magistr pilləsini isə 118 nəfər bitirmişdir. Bu il isə 322 məzun bakalavr, 6 nəfər məzun magistr dərəcəsi alacaq. Məzunlarımızdan 10 nəfəri AU-da müəllimdir. AU məzunlarının əksəriyyəti işlə təmin olunur. Məzunlarımız hökumət və dövlət strukturlarında, Azərbaycanın müxtəlif xarici ölkələrindəki səfirliklərində məsul vəzifələrdə çalışır. Onların arasında nazir, parlamentdə vitse-spiker vəzifələrində çalışanlar, general rütbəsinə qədər yüksələnlər var.Universitetdə 2 istiqamətdə (iqtisadiyyat və humanitar) 17 ixtisas üzrə 923 tələbə təhsil alır.
Universitetin 8 aspirantı, 17 dissertantı və 4 doktorantı var, 152 müəllim çalışır.
Elmi-pedaqoji heyətdən 2 nəfəri AMEA-nın müxbir üzvü; 17 nəfəri elmlər doktoru, professor; 32 nəfəri elmlər namizədi, dosent; 14 nəfəri elmlər namizədi, baş müəllim; 17 nəfəri baş müəllim; 46 nəfəri isə müəllimdir; müəllim sayının tələbə sayına nisbəti: 6 tələbə –1 müəllim.

 

Azərbaycan Universiteti


 

Azərbaycan Universiteti


Azərbaycan Universiteti kredit-çoxballı sistemin tətbiqi üzrə Təhsil Nazirliyi tərəfindən pilot ali məktəb elan edilib.Azərbaycan Universiteti 1998-ci ildə Keyfiyyət və Xidmət üzrə Amerika Qran Pri - sinin qalibi olub.
Azərbaycan Universiteti dərsliklər, dərs vəsaitləri, kitablar, tədris proqramları və tələbələr üçün zəruri materialları, araşdırma işləri çap edən ən müasir mətbəəyə və nəşriyyata malikdir.
Universitetin 55 tədris, 20 inzibati kompüteri var.Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Universitetində super interaktiv tədris imkanına malik olan “ağıllı lövhə”lərdən istifadə olunur.
Universitet bütün tələbələrin və müəllimlərin istifadə etdiyi sürətli internet şəbəkəsi ilə təmin olunub. Hər bir auditoriyada proyektorlardan istifadə üçün imkan yaradılıb.
Azərbaycan Universiteti yaxın gələcəkdə ən müasir Kampusa malik olacaq. Artıq AU üçün şəhər kənarında 10 ha. torpaq sahəsi ayrılıb, tikinti işləri planlaşdırılır.

Beynəlxalq Proqramlar

- Biznes İdarəçiliyi üzrə Bakalavr (BBA) proqramı

BBA proqramı Corciya Dövlət Universiteti (CDU, Atlanta, ABŞ) və Qafqaz Universiteti (QU, Tbilisi, Gürcüstan) ilə əməkdaşlıq əsasında tərtib olunub; təhsil müddəti 4 il olmaqla əyanidir; təhsil dili həm Azərbaycan, həm də ingilis dilidir.

- Biznes İdarəçiliyi üzrə Magistr (MBA) proqramı

AU və CU-nun dual MBA proqramı Corciya Dövlət Universiteti (Atlanta, ABŞ) və Qafqaz Universiteti (Tbilisi, Gürcüstan) arasındakı əlaqələrin inkişafı nəticəsində yaradıldı. Proqram layihəsi və tədris planı bütövlükdə CDU və QU MBA proqramının bazası əsasında tərtib olunub. Peşə sahələri hər dövlətin öz təlabatına uyğun seçilib.Azərbaycanda İdarəedicilər üçün Biznes İdarəçiliyi üzrə Magistr Proqramı (EMBA)

Azərbaycan Universiteti


EMBA proqramı biznesin orta və yuxarı sferalarında çalışan mütəxəssislərə karyeralarını dayandırmadan ABŞ universitetinin sertifikatlaşdırdığı Biznes İdarəçiliyi üzrə İcraedici Magistr (BİİM) dərəcəsi almaq imkanı verir. Artıq Təhsil Nazirliyi tərəfindən təsdiq olunan bu birillik Proqram 2009-2010-cu tədris ilindən Azərbaycanda ilk dəfə AU – da tətbiq olunacaq.
Universitet son iki ildə:
2008-ci ildə Azərbaycan Universitetinin strateji inkişaf planı hazırlandı və AU veb-saytına yerləşdirildi. Strateji inkişaf planına müvafiq əsasən və qismən icra olunan məsələləri aşağıdakı kimi ümumiləşdirmək olar:
- AU-nun nəşriyyat və lokal mətbəəsi yaradılıb, artıq tədris proqramları, metodik vəsaitlər, “İpək Yolu” dərgisi, AU qəzeti və digər tədris materialları bu mətbəədə dərc edilir;
- AU-nun dinamik şəkildə yeniləşən veb-saytı yaradılıb
- AU-nun ilk kataloqu nəşr edilib, yaxın zamanlarda yeni kataloqun hazırlanması planlaşdırılır
- "İpək Yolu" dərgisinin dövriliyi təmin olunub - AU-nın gerbi, bayrağı, loqosu, himni, reklam strategiyası hazırlanıb. Bu gün Azərbaycan Universitetindən effektli reklam kampaniyası aparan ikinci bir universitet yoxdur.
- AU interaktiv dərslər üçün zəruri texniki və metodiki vasitələrlə təmin olunub. Universitetin bütün auditoriyalarında kompüter və proyektor var, dərslərdə iki “ağıllı lövhə”dən istifadə olunur;
- AU-da tədrisin təşkili Avropa Kredit Transferi Sisteminin (AKTS) tələblərinə uyğunlaşdırılıb;
- Tələbələrin biliyini qiymətləndirilmə sistemi Avropa Kredit Transferi Sistemi (AKTS) tələblərinə uyğunlaşdırılıb;
- AU ixtisaslarının beynəlxalq standartlara cavab verən kurrikulumları (tədris planlarını) hazırlanıb;
- Yeni fənn proqramları (sillabüslər) hazırlanıb;
- Tərəfdaş universitetlərlə birgə BBA və MBA proqramları hazırlanıb və Təhsil Nazirliyində təsdiq edilib, 2008-ci ildən o nun tətbiqinə başlanıb. Bu proqramında təhsil alan tələbələrə həftədə 16 saat ingilis dili tədris edilir;
- Müasir fənn dərsliklərinin hazırlanması, tərcüməsi və çapı qismən yerinə yetirilib, proses davam edir; - Hər bir mütəxəssisin 3-4 fəndən ixtisaslaşması şərti ilə Gürcüstanın tərəfdaş Qafqaz Universiteti (QU) ilə müqavilə bağlanıb və AU-nun 5 müəllimi QU-da ixtisasartırma keçib, proses davam edir;
- Planda tətbiqi nəzərdə tutulan “Sosial İş” ixtisasına 2009-2010 tədris ilində tələbə qəbulu keçiriləcək, proqramın kurrikulumu hazırlanıb, bu sahədə İsveçin Malmö və Lund universitetləri ilə əməkdaşlıq edilir;
- AU-nun idarəçilik strukturlarının yenidən qurulması, müasirləşdirilməsi prosesi başa çatmaq üzrədi- Himayədarlar Şurasının, İxtisas Dəyirmi Masalarının formalaşdırılmasının nəzəri hazırlıq hissəsi başa çatdırılıb;
- Müəllimlər və tələbələr üçün məlumatlar, qaydalar və proseduralar toplusu hazırlanıb. Universitetin müasir qaydalarla idarə olunmasında əhəmiyyətli rol oynayacaq bu sənəd yaxın zamanlarda dərc edilib müəllim və tələbələrə paylanacaq.

Azərbaycan Universiteti


AU-nun Məzunları
Heydərov Kamaləddin

Azərbaycan Universiteti

Hacıyev Fərhad Gənclər və Idman Nazirliyi şöbə müdiri

Azərbaycan Universiteti


Xəlilov Dünyamin AR MM Deputatı
Bayramov Manaf
Ədliyyə Nazirliyi
Mirzəyev Ramiz
Sənaye və Energetika Nazirinin müavini
Xəlilli Lalə
Amerika Hüquqşunaslar Assosiasiyası
Qocayev Eldar
İqtisadi Inkişaf NazirliyNadir Adilov Azərbaycan Hüquqşünasları Konfederasiyasının Baş Katibi
Avrasiya Hüquqşünaslar Assosiasiyasının Sədri və.s

Azərbaycan Universiteti


Azərbaycan Universitetinin (AU) strateji inkişaf planı.
İnkişaf strategiyasının məqsədi - Azərbaycanda və dünyada baş verən sürətli dəyişmələrin önündə getməyə qabil kadrların hazırlanması, beynəlxalq təhsil məkanına inteqrasiya, Universitetin təkcə ölkədə deyil, regionda və dünyada rəqabət qabiliyyətli ali təhsil müəssisəsinə çevrilməsi.

İnkişaf strategiyasının sloqanı - Təsisdə Birinci, Təhsildə Lider! Ağlın və qəlbin qovuşduğu məkan!

Azərbaycan Universiteti


 

Azərbaycan Universiteti


İnkişaf strategiyası üçün normativ hüquqi baza - Təhsil Haqqında Azərbaycan Respublikası Qanunu, təhsil ixtisasları üzrə yeni təsnifat, 2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı, Azərbaycanın 2005-ci ildə imza atdığı Bolonya bəyannaməsi, AU-nun dünyadakı nüfüzlu ali təhsil müəssisələri ilə bağladığı müqavilələr.

AU-nun rəqabət qabiliyyətliliyini təmin edən əsas amillər - Universitetin Respublikada ilk özəl ali təhsil müəssisəsi olması, pozitiv reputasiya qazanması, kadr hazırlığı sahəsindəki uğurlar, beynəlxalq aləmdə tanınmış universitetlərlə həyata keçirdiyi və yaxın perspektiv üçün planladığı layihələr, yaxın perspektivdə yeni kampusun və təhsil infrastrukturunun gerçəkliyə çevriləcəyi ilə bağlı ictimai gözləntilər, Universitetin müasir və peşəkar müəllimlərlə təminatı istiqamətində görülən işlər, müasir universitet tələblərinə və Bolonya bəyannaməsinin müddəalarına uyğun islahatların həyata keçirilməsi

İnkişaf strategiyasının üstün istiqamətləri:
1. AU-nun idarəçilik strukturunun təkmilləşdirilməsi (cədvəl-1).
2. Şəffaf, dürüst və səmərəli təhsil.
3. Bolonya bəyannamsinin müddəalarının həyata keçirilməsi.
4. Dünya standartlarina uyğun ixtisasların, nüfüzlu təhsil proqramlarının tətbiqi və rəqabət qabiliyyətli kadrların hazırlanması.
5. Təhsildə ardıcıllığın və davamlılığın gözlənilməsi: bağça, gimnaziya, bakalavriat, magistratura, PhD.
6. Bütün qruplar üzrə hazırlıq kurslarının təşkili.
7. İkinci ixtisas və peşə hazırlığı.
8. Yeddi istiqamət üzrə ixtisaslaşma: hüquq, pedaqoji, iqtisadiyyat, təbabət, sosial iş, beynalxalq münasibətlər və beynəlxalq jurnalistika.
9. 2008-2009-cu tədris ilindən AU-nun hüquq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər və tarix ixtisaslarının yenidən bərpası (AU-nun hüquq və beynəlxalq münasibətlər sahəsində hazırladığı kadrlar Respublikada pozitiv reputasiyaya malikdir).
10. Biznes İdarəçiliyi üzrə AU-nun tərəfdaşları olan Qafqaz Biznes Universiteti (CU-Gürcüstan), Corciya Dövlət Universiteti ilə (CSU-ABŞ), Sosial İş ixtisası üzrə Malmö və Lund universitetləri ilə (İsveç Krallığı), Əczaçılıq və Stomatalogiya ixtisasları üzrə Yaxın Doğu Universiteti ilə (YDU-Şimali Kipr), Beynəlxalq Münasibətlər və Beynəlxalq Jurnalistika ixtisasları üzrə KİMEP-lə (Qazağıstan) əməkdaşlıq.
11. Adı çəkilən universitetlərlə dual proqramlar, tələbə, müəllim, təcrübə mübadilələri, birgə layihələr həyata keçirmək, müştərək beynəlxalq konfranslar, seminarlar, yay məktəbləri təşkil etmək.
12. AU üçün kampusun, yeni təhsil infrastrukturunun tikilib istifadəyə verilməsi.
13. AU "board"-nın və ixtisaslar üzrə "dəyirmi masalar"-ın formalaşdırılması
14. AU-nun ilkin mərhələdə elektron biblioqrafiyalı, sonrakı mərhələdə isə elektron kitabxanasının, veb-saytının yaradılması
15. AU-nun nəşriyyat və lokal mətbəəsinin yaradilması
16. "İpək Yolu" dərgisinin dövriliyinin təmin olunması və yeni ixtisas jurnalının nəşri
17. AU kataloqunun hazırlanması
18. 2015-ci ilə qədər 5000 min tələbə
Ünvan: AZ 1102, Bakı ş., R.Səfərov küç.17 Tel: 430 51 79 Faks: 430 49 29 office@au.edu.az
Onu da qeyd etmək istərdim ki, AU məzunlarının fəxr etdiyi bir universitetdir.

Fikirləriniz...



Siz hələki təşəkkür etməmisiniz
 
 (səs sayı: 11)
   Bölmə: Təhsil    Baxılıb: 4531 Paylaş
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərini bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

amaretto007

Qeydiyyat: 9.08.2010 | Xəbər sayı: 0 | Rəy sayı: 2
Ай салам-мелейким....
Дейесен мен сизин аравузда эн годжа мэзунам,мен де бу университети битирмишем,1999 илде.....йахшы вахтларымыз вар иди,ушагларымызын чоху инди йахшы везифелерде ишлейирлер,мен де онларын арасындайдим,амма не исе "МЕНЯ ПОТЯНУЛО В МОСКВУ":)
Хамыйа салам ве угурлар.

guliska

Qeydiyyat: 23.06.2010 | Xəbər sayı: 0 | Rəy sayı: 6
Salam mende bu universiteti qurtarmisam ve bununla fexr edirem. 2008-ci il muzunlarina SALAMLAR XUSUSILEDE 343 QRUP USAQLARINA

viva_y

Qeydiyyat: 23.06.2010 | Xəbər sayı: 0 | Rəy sayı: 1
Mende bu universitetin telebesiyem,daha dogrusu telebesiydim ,burada 1 qepikde olsun pul sohbeti yoxdu oxu qiymetini al,pul adi ceken universitetden uzaqlawdirilir,bu arada da Azerbaycan universitetinin telebelerini salamlayiram buradan

MaRtIwKa

Qeydiyyat: 21.09.2009 | Xəbər sayı: 49 | Rəy sayı: 476
14-17 may tarixləri arasında Avstriya Tətbiqi Elmlər Universitetinin nümayəndə heyəti Azərbaycan Universitetində səfərdə olacaq

Onu da qeyyd edimki yaxin 1o il erzinde Azerbaycan Universitetini bitiren telebeler Azerbaycan Universiteti ile beraber Corciya Universitetininde diplomunu elde edecek...

--------------------


elvin_sh

Qeydiyyat: 31.12.2009 | Xəbər sayı: 0 | Rəy sayı: 1
Salam hamiya mende bu universiteti qutarmaq uzreyem nece oxudugumuda bu movzunu qoyan yaxshi bilir.Indiye kimide rushvetdi nedi gormemishem.Amma ne yalan deyim tapish gormushem......

bim-111

Qeydiyyat: 29.12.2009 | Xəbər sayı: 0 | Rəy sayı: 1
salam indi bu universitetde telebelerden kim var bu saytda yazsin buraya men o universitet baresinde tehsili baresinde yene bilmek isteyirem nece gedir ishler

Məlumat

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

TOP 10 user
Nara111
Xəbər sayı: 13
 
_TaRLaN_
Xəbər sayı: 12
 
Guiza
Xəbər sayı: 8
 
SaK
Xəbər sayı: 8
 
OksanaMJ
Xəbər sayı: 5
 
Guest
Xəbər sayı: 5
 
Noor
Xəbər sayı: 4
 
KISD
Xəbər sayı: 4
 
Pretty_girl
Xəbər sayı: 4
 
Ay_Afrodit
Xəbər sayı: 4
 
Sorğu

TAC Company-nin hansı proyektini bəyəndiniz ?

Yeni dizaynı
Cinem.az
Drift.az
Noor.az
Sharm.az
Status sistemini

Servislər
Həftəlik Tv Proqram
» Space tv
» Ans tv
» Lider Tv
» AzTV
» Ictimai Televiziya
» Idman Azərbaycan

Namaz vaxtı
09.09.2010
Sübh namazı: 06:04
Gün çıxma vaxtı: 07:15
Zöhr namazı: 13:42
Əsr namazı: 17:47
Axşam namazı: 20:14
Işa namazı: 21:34

Hava proqnozu
RegionGece / Gündüz
Bakıbigazhava 21/27
Sumqayıtbigazhava 20/26
Naxçıvanbigazhava 17/34
Xankəndibigazhava 15/25
Kəlbəcərbigazhava 14/20
Laçınbigazhava 13/20

Valyuta məzənnəsi
08.09.2010
1 ABŞ dolları up.jpg 0.8038
1 Avro down.jpg 1.0203
1 Avstraliya dolları down.jpg 0.7327
1 Argentina pesosu up.jpg 0.2037
100 Belarus rublu down.jpg 0.0266
Sayğac

ILK-10 Azeri Website Directory