Milli Aviasiya Akademiyası

Tarix: 30 Sentyabr 2009 | Müəllif: SERVER_IP | Rəylər: 11

Azərbaycan Hava Yolları” Dövlət Konserninin Milli Aviasiya Akademiyası Milli Qəhrəman Yavər Əliyevin adını daşıyır. Bu ali məktəb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyun 1992-ci il tarixli, 337 saylı qərarı ilə “Milli Aviasiya Mərkəzi” adı ilə yaradılmış və sonra Nazirlər Kabinetinin 24 fevral 1994-cü il tarixli, 81 saylı qərarı ilə Milli Aviasiya Akademiyasına çevrilmişdir. Akademiya 1999-cu ildə Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Mülki Aviasiya Ali Təhsil Müəssisəsi" sertifikatına layiq görülmüşdür.

Milli Aviasiya Akademiyası


Milli Aviasiya Akademiyasinin Rektoru

Əgər akademiyaya 1992-1993 tədris ili üçün iki ixtisas üzrə (mühəndis-pilot və mühəndis-texnik) 80 nəfər gənc qəbul olmuşdusa, 1998-1999-cu tədris ilində 11 ixtisas üzrə 276 nəfər daxil olmuşdur. Hal-hazırda Akademiyada 807 tələbə təhsil alır. Onlardan 609 nəfəri əyani şö’bədə, 198 nəfəri isə qiyabi şö’bədə oxuyur.

Akademiyada 135 müəllim fəaliyyət göstərir. Onlardan 2 nəfəri akademik, 1 nəfəri EA-nın müxbir üzvü, 6 nəfəri professor, 10 nəfəri elmlər doktoru, 11 nəfəri dosent, 43 nəfəri elmlər namizədidir. Milli Aviasiya Akademiyasının 3 tədris korpusu, onlarla müasir səviyyəli, ixtisaslaşdırılmış auditoriya və laboratoriyaları vardır. Tədris prosesinin məzmunlu və keyfiyyətli keçməsi üçün auditoriyalar və kabinələr lazımi funksional trenajorlar, stendlər, maketlər və sxemlərlə tə’min olunmuşdur. İngilis, Azərbaycan və rus dili kabinələri lazımi linqafon cihazları və kompüter texnikası ilə təchiz olunmuşdur. Kompüter texnikasının, əsas fənlər üzrə öyrədici və nəzarətedici proqramların tətbiqi yolu ilə akademiyada tədris prosesi müntəzəm olaraq təkmilləşdirilir. Akademiyanın kitabxanası elmi-texniki, tədris-metodiki və sorğu ədəbiyyatları ilə komplektləşdirilmişdir. Kitabxananın fondu daim tələbata uyğun olan tədris ədəbiyyatları ilə zənginləşdirilir.

Fakültələr
Hava nəqliyyatının uçuş istismarı
Hava nəqliyyatının texniki istismarı
İqtisadiyyat və hüquq
İxtisasartırma
Qiyabi fakültə


İxtisaslar
Hava gəmilərinin uçuş istismarı (mühəndis-pilot)
Hava naviqasiyası (mühəndis-şturman)
Hava nəqliyyatında hərəkətin idarə olunması (mühəndis-dispetçer)
Uçan aparatlar və onların mühərriklərinin texniki istismarı (mühəndis-mexanik)<
Aviasiya elektrosistemlərinin və pilotaj-naviqasiya komplekslərinin texniki istismarı (mühəndis-elektrik)
Nəqliyyat radioqurğularının texniki istismarı (radiomühəndis)<
Avtomatlaşdırılmış uçuşlara nəzarət sistemlərinin istismarı (mühəndis-sistemotexnik)
Avianəqliyyat istehsalatının təşkili (mühəndis-avianəqliyyat istehsalatının təşkilatçısı)
Beynəlxalq hüquq (hüquqşünas)
Gömrük işinin təşkili (inzibati menecer)
Menecment (mühəndis-iqtisadçı)
Beynəlxalq iqtisadi münasibətlər (iqtisadçı)

Kafedralar
Uçuş fənləri
Hava naviqasiyası və havada hərəkətin idarə edilməs
Avtomatika və aviasiya cihazları
Aviasiya texnikasının konstruksiyası, istismarı və riyazi modelləşdirilməsi
Fizika-riyaziyyat fənləri
Aviasiya xüsusi avadanlıqları
Aviasiya radiotexnikası və elektronikası
Humanitar fənlər
Mülki aviasiya iqtisadiyyatı
İngilis dili
Aviasiya psixofiziologiyası və bədən tərbiyəsi
Avianəqliyyat istehsalatı
Hərbi kafedra

Akademiyada fəaliyyət göstərən tibb məntəqəsinin yüksəkixtisaslı həkimləri və köməkçi hey’əti əməkdaşlara və tələbələrə lazımi səhiyyə xidməti göstərirlər. Akademiyada futbol və basketbol meydançaları, müxtəlif idman qurğuları vardır. Hazırda müasir tələblərə uyğun olan idman kompleksi tikilir və onun 1999/2000-ci tədris ilinin əvvəlinə kimi istifadəyə verilməsi nəzərdə tutulub.

Respublika Nazirlər Kabinetinin 14 oktyabr 1993-cü il tarixli 542 saylı qərarı ilə MAA-da hərbi kafedra açılmışdır. Kafedra xəttilə hərbi təyyarəçilər, aviasiya mühəndisləri, uçuşların yerüstü tə’minatı üzrə mütəxəssislər hazırlanır. Azərbaycan Milli Aviasiya Akademiyasının Dövlətlərarası Aviasiya Komitəsinin sertifikatına layiq görülməsi ona xüsusi əlavələr ilə təsdiq edilmiş nümunəvi proqramlar üzrə mütəxəssislər yetişdirməyə, onların peşə hazırlığının səviyyəsini xeyli yüksəltməyə imkan verəcəkdir.

Eyni zamanda Dövlətlərarası Aviasiya Komitəsinin sertifikatı akademiyaya yeni hüquqlar da verir. Akademiya M.İ.Lomonosov adına Moskva Dövlət Universiteti, N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti, Sankt-Peterburq Mülki Aviasiya Akademiyası, İstanbul Texniki Universiteti, Donetsk Dövlət Texniki Universiteti, Moskva Mülki Aviasiya Dövlət Texniki Universiteti, Baltik Dövlət Texniki Universiteti, K. E. Siolkovski adına Moskva Aviasiya-Texnoloji İnstitutu, Moskva Aviasiya İnstitutu, Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutu, Təbriz Universiteti və başqa ali məktəblərlə sıx əlaqə saxlayır. Mə’zunların tə’yinatı ilə “Azərbaycan Hava Yolları” Dövlət Konserni məşğul olur. Ehtiyacı olan tələbələrə gündə 3 dəfə pulsuz yemək verilir. Tələbələr müasir tələblərə cavab verən mənzil tipli yataqxana ilə tə’min olunur.



Xəbərə görə təşəkkür edənlər: RAZI321
 
 (səs sayı: 8)
   Bölmə: Təhsil    Baxılıb: 6000 Paylaş
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərini bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

paju

Qeydiyyat: 15.09.2009 | Xəbər sayı: 0 | Rəy sayı: 12
heheheh duzdu melumatlar aviasiya universiteti haqdadi ama tessufki shekili Diller universitetinin 2ci binasinin shekilidi 12 18

AKU2010

Qeydiyyat: 11.08.2010 | Xəbər sayı: 0 | Rəy sayı: 3
hamiya sala menim qardawim da orda tehsil alir bu il 2ci kursa kecdi qrup 1429a umud memmedov men de koopersiyada oxuyuram

Aslan_maa

Qeydiyyat: 3.03.2009 | Xəbər sayı: 0 | Rəy sayı: 2
Ehhh Akademiya ne qeder zor olsada bizim dekan lap bizi birteher eleyib...Formasiz gelen kimi izahat yazdirir...Ne qeder tohmet almaq olareee...Yeqin ki Nazim Nagiyev cenaablarini taniyirsiz)))

Vertical Limit

Qeydiyyat: 7.03.2010 | Xəbər sayı: 0 | Rəy sayı: 29
AKADEMIYA ZORDU AMA TEZE DEKAN GELIB 198 AYDIN QASIMOV UJE LEZZETI QACIB 16

Azel

Qeydiyyat: 9.07.2010 | Xəbər sayı: 0 | Rəy sayı: 1
391A grupu ad cixarib deyirsen sence nece ad pis yoxsa yaxsi mence o akademiyada yaxsi gruplar coxdu ama 391 A grupunun ne derece yaxsi bir grup oldugunu deye bilmerem men 2000-2005 mezunuyum indi avraliyada calisiram. oradaki muellimlerim ucun cox darixiram esasen de xedice xanim tahir muellim rovsen muellim ejder muellim ve basgalari gizil kimi insanlar vardi Turkiye ve avstralyadan gucak dolusu sevgiler yollayiram grup yoldaslarima ve muellimlerime

Fracasetti

Qeydiyyat: 22.06.2009 | Xəbər sayı: 4 | Rəy sayı: 2399
18 meNim dostum buRdadi MezahiR...

Konul_E.N.

Qeydiyyat: 30.12.2009 | Xəbər sayı: 0 | Rəy sayı: 10
melumat yalniwdir hal hazirda ancaq 612 telebe qiyabi wobede tehsil alir. teqriben 3000 telebesi var akademiyanin

melumati zehmet olmasa yenileyin cox yalniwlar var. daha dogrusu kohne melumatlardir. akademiya herterefli boyuyur ve inkiwaf edir.

yaziq kiwi adi cixibe qizil kimi adamdi. ay saleh sen hansi qrupdasan???????

azeri22

Qeydiyyat: 3.05.2007 | Xəbər sayı: 0 | Rəy sayı: 1
oraya girmek cetindir.Amma men ishimi inshallah herbi aviasiyyaya verecem.

CEZA79

Qeydiyyat: 19.05.2010 | Xəbər sayı: 0 | Rəy sayı: 1
Inwallah gelen il mende ordayam

rendol_84

Qeydiyyat: 20.05.2009 | Xəbər sayı: 0 | Rəy sayı: 5
Akademiyada ad cixaran qrup 391A qrupu olub,orda oxuyan telebeler inanmazsa Hququ kafedrasinin muellimlerinden soruwa bilerler.Her menada sozun esl menasinda ad cixardan qrupdu 391A..

saleh2009

Qeydiyyat: 18.05.2009 | Xəbər sayı: 0 | Rəy sayı: 2
AKADEMIYA ZORDU AMA TEZE DEKAN GELIB AYDIN QASIMOV UJE LEZZETI QACIB

Məlumat

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

TOP 10 user
Nara111
Xəbər sayı: 13
 
_TaRLaN_
Xəbər sayı: 12
 
Guiza
Xəbər sayı: 8
 
SaK
Xəbər sayı: 8
 
OksanaMJ
Xəbər sayı: 5
 
Guest
Xəbər sayı: 5
 
Noor
Xəbər sayı: 4
 
KISD
Xəbər sayı: 4
 
Pretty_girl
Xəbər sayı: 4
 
Ay_Afrodit
Xəbər sayı: 4
 
Sorğu

Ən çox bəyəndiyiniz TAC.az soundtrackı

Qəza ft. MC Aka-[T][A][C]
Elşad X. ft. Ayka - Efirdə
Elçin ft. Günel-Best OF
TAC.az ST (Milli edition)
HOST - TACaz
Elşad Xose - 3 w tac az
Vahid Qədim - tac az yaz
QaraBasma - TACaz

Servislər
Həftəlik Tv Proqram
» Space tv
» Ans tv
» Lider Tv
» AzTV
» Ictimai Televiziya
» Idman Azərbaycan

Namaz vaxtı
09.09.2010
Sübh namazı: 06:04
Gün çıxma vaxtı: 07:15
Zöhr namazı: 13:42
Əsr namazı: 17:47
Axşam namazı: 20:14
Işa namazı: 21:34

Hava proqnozu
RegionGece / Gündüz
Bakıbigazhava 21/27
Sumqayıtbigazhava 20/26
Naxçıvanbigazhava 17/34
Xankəndibigazhava 15/25
Kəlbəcərbigazhava 14/20
Laçınbigazhava 13/20

Valyuta məzənnəsi
08.09.2010
1 ABŞ dolları up.jpg 0.8038
1 Avro down.jpg 1.0203
1 Avstraliya dolları down.jpg 0.7327
1 Argentina pesosu up.jpg 0.2037
100 Belarus rublu down.jpg 0.0266
Sayğac

ILK-10 Azeri Website Directory